Neft ucuzlaşdı

 09:28 04.10.2023     244

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 0,04% azalaraq, 1 barelə görə 90,88 dollar təşkil edib.

Redaktor.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,06% azalaraq, 89,18 dollar olub.