MTK-lar sakinlərdən xidmət haqqını nağdsız toplamalıdır - Deputatdan TƏKLİF

 12:16 06.10.2023     358

Milli Məclisdə MTK-ların sakinlərdən xidmət haqqının toplanılması nağdsız qaydada olması təklif edilib. 

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Emin Hacıyev çıxış edib.

“Bilirik ki, burda kifayət qədər vəsait dövr edir, bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər” - deyə o, bildirib.

Humay İSGƏNDƏRLİ