"Qiymətləndirmə ilə bağlı meyarların tam olaraq formalaşmaması mübahisələr yaradıb" - Deputat
Uzun müddət qiymətləndirmə ilə bağlı meyarların tam olaraq formalaşmaması bu sektorda bir sıra çatışmazlıq və mübahisələrə gətirib çıxarırdı.
Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
“Bir sıra sektorlarda, xüsusən banklarla müştəri arasında girovun, əmlakın qiymətləndirilməsi ilə bağlı mübahisələr olurdu. Banklar özünə yaxın qiymətləndirici qurumlar yaradırdı və əmlakı dəyərindən aşağı qiymətləndirirdi. Qanun layihəsi bu tip problemləri aradan qaldıracaq və konkret yeni meyarların tətbiqinə imkan verəcək".
Humay İSGƏNDƏRLİ