“Azeri Light” bir az da ucuzlaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bir az da ucuzlaşıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,25 dollar və ya 0,27% azalaraq 91,23 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, eftimiz ötən gün 91,48 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.