Neftin qiyməti 100 dolları keçə bilər - Ekspert
İsraillə Fələstin arasında müharibənin başlaması fonunda dünya bazarında neftin qıyməti yüksəlir.
Maraqlıdır, bu müharibə Azərbaycan neftinə də təsir edəcəkmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan nefti ayrıca ticarət olunmur.
Onun sözlərinə görə, Yaxın Şərqdəki gərginlik istənilən halda neft qiymətlərinə təsir edir:
"Azərbaycan nefti də avtomatik olaraq "Brent" markalı neftə bağlı olduğu üçün onun da qiyməti qalxır və son günlərdə təqribən beş faizlik neft qiymətlərində artım müşahidə olunub. Əgər bu gərginlik uzunmüddətli olacaqsa və daha geniş coğrafiyaya yayılması perspektivləri baş verərsə, o zaman təbii ki, neftin qiymətinin 100 dolları keçməsi ehtimalı da var. Bu isə Azərbaycan neftinin də qiymətinə təsir edəcək və Azərbaycana daxil olan valyutanın həcminin də artması ilə nəticələnə bilər".
Həmidə İBRAHİMLİ