4 sığorta şirkəti ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, lisenziyalar könüllü müraciət əsasında ləğv olunub. Bu qərar oktyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.