13 milyard manata yaxın vergi toplanıb - Mikayıl Cabbarov

 11:54 11.10.2023     260

“Cari ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti tərəfindən toplanan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 % artaraq 12 milyard 810,7 milyon manat təşkil edib”.

Redaktor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” paltformasındakı hesabında bildirib.

“Bu dövrdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3 % artaraq 7 milyard 425,8 milyon manata çatıb. Bu müsbət tendensiyanın davam etməsi üçün biz biznes mühitində şəffaflığın artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə nazir qeyd edib.