Avropada qazın qiyməti bu səbəbə görə artırmış - Putin AÇIQLADI

 17:05 11.10.2023     281

Putin "Şimal axını"nın sarsıdılmasını dövlət səviyyəsində terror adlandırıb.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezident Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında çıxışı zamanı deyib. 

Prezidentin sözlərinə görə, qaz kəməri partladılıb və fövqəladə vəziyyət araşdırılır: "Avropa İttifaqının mövqeyi məni təəccübləndirir - bu, dövlət səviyyəsində terror aktıdır. Dövlət səviyyəsində dəstək olmadan bunu etmək mümkün deyil" - deyə Putin qeyd edib.

Putin qeyd edib ki, Moskvanın Avropa İttifaqının müvafiq strukturlarına göndərilən müraciətlərinə məhəl qoyulmur. Bunun nəticəsində Avropada qazın qiyməti artır.

NƏRGİZ