Rusiya Ermənistana neft məhsullarının tədarükündə dəyişiklik edəcək
Rusiya Federasiyası Hökuməti Rusiya Federasiyası və Ermənistan hökuməti arasında Ermənistan Respublikasına təbii qaz, neft məhsulları və emal edilməmiş təbii almazların tədarükü sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişiklik edilməsi haqqında protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu sənəd parlamentin aşağı palatasının elektron məlumat bazasında yerləşdirilib.
Protokol 2023-cü il iyunun 1-də Moskvada imzalanıb. O, qudronun ixrac gömrük rüsumları alınmadan tədarükü imkanını bu şərtlər ilə neft bitumunun tədarükü imkanı ilə əvəz edilməsini nəzərdə tutur.