Bundan sonra dini tədbirlərə dövlət büdcəsindən ayrıca vəsait ayrılacaq

 13:07 16.10.2023     382

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 22 milyon manatı və yaxud 0,1 %-i yaradıcı ittifaqlara, cəmiyyətlərə və dini tədbirlərə ayırmaların payına düşəcək.

Redaktor.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu sahələrə ilk dəfə ayrıca vəsait ayrılır.

Həmin xərclər mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 3,8 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.