Konqres Ağ Evə HƏMAS-la bağlı ÇAĞIRIŞ ETDİ - SƏBƏB

 14:16 18.10.2023     481

ABŞ Konqresi Ağ Evdən HƏMAS-ın kriptovalyutalara çıxışını əngəlləməyi xahiş edir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton Post məlumat yayıb.

ABŞ Konqresinin 100-dən çox üzvü Co Bayden administrasiyasını Fələstinin radikal HƏMAS hərəkatı və İslami Cihad qruplaşmasının İsrailə qarşı hücumlarını maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq istəyir. Bunun üçün Ağ Evi onların kriptovalyutalara çıxışını bloklamağa çağırıb. 

Nəşr Londonda yerləşən blokçeyn təhlili provayderi Elliptic-ə istinadən qeyd edir ki, bu ay hücumlarında mindən çox insanın ölümünə səbəb olan iki silahlı qrup “kriptovalyuta ilə 130 milyon dollardan çox pul yığıb”.

Çərşənbə axşamı "Financial Times" qəzeti İsrail hakimiyyətinin HƏMAS-a maliyyəni kəsmək məqsədilə oktyabrın 7-dən bəri dünyanın ən böyük kriptovalyuta birjası Binance-nin 100-dən çox hesabını bağladığını açıqlayıb.

Qəzetin nəzərdən keçirdiyi İsrail hüquq-mühafizə orqanlarının sənədlərinə əsasən, ötən həftə ərzində çoxsaylı sosial media yazıları Həmas-la əlaqəli təşkilatlara kriptovalyuta ianələri təklif edib. Oktyabrın 7-dən bəri bu radikal Fələstin hərəkatına və digər qruplara ianə ilə bağlı ümumilikdə 150-yə yaxın təşəbbüs müəyyən edilib.

NƏRGİZ