Bu ticarət mərkəzi BAĞLANIR

 10:17 24.10.2023     332

Gəncə Universam QSC ləğv olunur.

Redaktor.az Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı qərar Gəncə Universam QSC-nin cari ilin noyabrın 24-də baş tutacaq növbədənkənar ümumi yığıncağında veriləcək.

İclasda cəmiyyətin ləğv edilməsi ilə yanaşı ləğvetmə komissiyasının yaradılması və komissiyanın səlahiyyətlərinin müəyyənləşdirilməsi məsələləri də müzakirə ediləcək.