Qiymətləndirici prosesə ekspert cəlb edə biləcək - Nazir müavini

 12:35 24.10.2023     334

Ali təhsil bizim üçün analogiyadır. Vəkillər Kollegiyasında və digər qurumlarda da bu tələb var. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini ali təhsili olmayan qiymətləndiricilərlə bağlı məsələyə toxunub:

“Qanun imkan verir ki, qiymətləndirici prosesə ekspert cəlb etsin. Yəni öz sahəsinin mütəxəssisi olan zərgər və s. prosesə belə cəlb edilə bilər. Qiymətləndiricilərin özləri vergi ödəyicisi kimi fəaliyyət göstərən sektor olduğu üçün onların dəqiq sayı yoxdur. 60 şirkət qiymətləndirici şirkət kimi qeydiyyatdan keçib. Bu sahədə böyük pərakəndəlik var. İmtahanların keçirilməsi, qanunun qəbulu bu sahədəki vəziyyəti daha aydın edəcək”.

Humay İSGƏNDƏRLİ