Rusiya Azərbaycana yumurta satmayacaq
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi Rusiya yumurtalarının ixracını 6 ay müddətinə müvəqqəti məhdudlaşdırmağı təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə normativ hüquqi aktların layihələri portalında deyilir.
Yumurtasının əsas alıcısı Qırğızıstandır. Bu ölkə Rusiyadan 2,6 milyon dollarlıq məhsul alıb.
Reytinqdə növbəti ölkə Azərbaycandır (712 min dollar). Sonrakı yerlərdə Özbəkistan (84 min dollar), Ermənistan (30 min dollar), Gürcüstan (29 min dollar) və Hindistan (3 min dollar) qərarlaşıb.
İyul ayında əksər ölkələr üçün məlumatlar mövcud olmayıb Məlumdur ki, Ermənistan, məsələn, idxalı kəskin şəkildə - 55 min dollara qədər artırıb ki, bu da 2023-cü ilin bütün ötən dövrünün məbləğindən 1,8 dəfə çoxdur. Azərbaycan da alışı - ilin birinci yarısında orta göstərici ilə müqayisədə 1,6 dəfə artıraraq 188 min dollara çatdırıb.(Publika)