Kapital bazarlarında mövcud investisiya mühiti gözdən keçirildi
Milli Bankın-ın Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüşü baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov "X" platformasında paylaşım edib.
"Görüş zamanı cari ilin 9 ayı ərzində ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işləri və bu sahənin maliyyə sistemindəki rolunu müzakirə etdik. Görüşdə ölkənin kapital bazarlarında mövcud olan investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi apardıq",- deyə tvitdə qeyd edilib.
NƏRGİZ