Publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı xərclər artırılır

 23:58 01.11.2023     306

Dövlət sifarişi ilə dövlət büdcəsinin vəsaiti hesabına zəruri təyinatlı tədbirlərin və işlərin həyata keçirilməsi üçün dövlətin adından yaradılan 52 publik hüquqi şəxsə toplam olaraq 2024-cü ilin dövlət büdcəsində 534,2 milyon manat vəsait yönəldiləcək.

Redaktor.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qeyd edilir ki, bu 2023-cü illə müqayisədə 89,8 milyon manat və ya 20,2 faiz çoxdur.

Artım əsasən 2023-cü ildə 3 yeni publik hüquqi şəxsin təsis olunması və dövlət sifarişi ilə bir sıra zəruri tapşırıqların sayının və maliyyə tutumunun artması ilə bağlıdır.