Gömrük rüsumundan azad ediləcək malların SİYAHISI GENİŞLƏNDİ

 11:20 02.11.2023     216

Humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində qanunla qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.(trend)