Bəzi hallarda idxal olunan qızıl gömrük rüsumundan azad ediləcək
Ölkəyə gətirilən qızılla bağlı daha bir güzəşt tətbiq edilməsi təklif olunur.
Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktivlərində yerləşdirilməsi üçün ölkəyə idxal olunan qızıl gömrük rüsumundan azad ediləcək.