MilliÖn-də Kapital Bank kartlarına avro və dollar mədaxili mümkündür

 13:16 06.11.2023     300

Ölkənin birinci bankı Kapital Bank növbəti yeniliyini təqdim edib. Artıq ölkədə geniş şəbəkəyə malik MilliÖn terminallarından Kapital Bank-a məxsus dollar və avro kartlarına mədaxil etmək olar.

Mədaxil yalnız karta məxsus valyuta ilə mümkündür. Yəni, dollar kartına sahib müştərilər karta dollar, avro kartına sahib müştərilər isə avro ilə mədaxil edə bilərlər.

Mədaxil zamanı kart limitlərinə uyğun olaraq bir əməliyyat üçün minimum 1 dollar/avro, maksimum 15 000 dollar/avro hədd müəyyən edilib. Dollar/avro təyinatlı karta manat mədaxil etməklə valyutaların konvertasiyası mümkün deyil.  Xidmət üçün komissiya haqqı tələb edilmir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.