Svop xam neft və təbii qazın idxalı vergidən azad edilir

 17:01 06.11.2023     266

Gələn il yanvarın 1-dən Azərbaycanda svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 3 il müddətinə vergidən azad ediləcək.

Redaktor.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu əməliyyat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın verdiyi təsdiqedici sənəd əsasında aparılacaq.