"Qəzzadakı qarşıdurma nəticəsində bu qədər iş yerləri itirilib" - BMT

 17:13 06.11.2023     277

BMT oktyabrın 7-dən bəri Qəzzada hərbi əməliyyatlar nəticəsində iş yerlərinin 60%-dən çoxunun itirildiyini qeyd edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirmə məlumatları BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatı (MOT) tərəfindən Cenevrədə dərc edilib.

"Oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Qəzza zolağında ən azı 61%, İordan çayının qərb sahilində isə təxminən 24% iş yerlərinin itirilməsinə səbəb olub".

BƏT qeyd edib ki, "İsrail və HƏMAS arasında mövcud müharibənin əvvəlindən Qəzza zolağında 182 000-ə bərabər olan iş yerlərinin ən azı 61%-i itirilib".

Hesabatın müəllifləri Fələstinin bu iki rayonunda 390 min nəfərə qədər məşğulluğun ümumi azalmasını müşahidə edib. Bu da "gündəlik əmək gəlirinin 16 milyon dollar itirilməsi deməkdir".

BƏT-in proqnozlarına görə, Qəzzada hərbi əməliyyatların intensivləşməsi və humanitar böhranın pisləşəcəyi təqdirdə bu göstəricilər daha da artacaq.

NƏRGİZ