"208 obyekt özəlləşdirilib" - Nazir

 12:15 13.11.2023     299

Cari ilin 9 ayında real ÜDM 1.5 faiz azalıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir deyib ki, 2023-cü ilin 9 ayında inflyasiya 10.9% təşkil edib:

“ Cari ildə özəl sektorda əmək müqavilələrinin sayı dövlət sektorlarını üstələyib. İqtisadiyyatın strukturunun getdikcə güclənməsi keyfiyyətə tələbi artırır. Yeni iş yerlərinin yaranması ilə yanaşı keyfiyyətə önəm verilir. 2023-ci ilin 10 ayında 208 obyekt özəlləşdirilmişdir. Dövlət satınalmaları sahəsində imzalanmış qanun layihəsinin 1 yanvardan tətbiqinə başlanacaq. Metodoloji olaraq vergilər və dividentlərin tanınması vacibdir. Cari ilin 10 ayında sahibkarlara ümumi dəyəri 294 milyon manatdan çox, 2.4 mindən çox layihəyə isə 127 milyon manatdan çox güzəştli kredit verilib”. 

"İqtisadi artımın davam etməsi və şəffaflaşma şəraitində cari ilin 10 ayında dövlət büdcəsinə 14,6 mlrd. manat vergi daxilolmaları təmin edilmiş, proqnozdan əlavə 1,1 mlrd. manata yaxın vergi toplanmışdır. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 8,4 mlrd. manat vergi daxilolmaları təmin edilmiş, proqnozdan əlavə 550,0 mln. manat vergi toplanmışdır. Sektor üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 19,0 %-dən çox artmışdır. Qeyd edim ki, cari ilin 9 ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz gəlirlərinin xüsusi çəkisi 59,5% təşkil etmişdir. Cari ilin 10 ayında qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 23,0%-dək artmış, özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında payı 76 %-i ötmüşdür",- deyə nazir bildirib.

Humay İSGƏNDƏRLİ