"Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb” - Mərkəzi Bankın sədri
Ötən il qlobal iqtisadi artım zəif olaraq qalıb.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2024-cü ilə aid gözləmələr pessimistdir:
“Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”.
Humay İSGƏNDƏRLİ