"Bu hal sterilizasiya əməliyyatlarını zəruri edəcək" - Mərkəzi Bankın sədri

 12:57 13.11.2023     357

Fiziki şəxslərin xarici valyutada əmanətlərinin payı 4.1 faiz azalıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, hüquqi şəxslərin xarici valyutada depozitlərinin payı isə 10.8 faiz bəndi azalaraq 42% təşkil edib:

“Bizi narahat edən bir məqam 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payının 81 % təşkil etməsidir. Narahatedici məqamlardan biri də valyuta təklifinin tələbi üstələdiyi vaxtda AMB-nin valyuta bazarına alış yönümlü müdaxiləsidir. Müdaxilə baş verirsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın artımının qarşısını almaq üçün AMB-nin sterilizasiya əməliyyatlarının genişlənməsi zəruri ola bilər”.

Humay İSGƏNDƏRLİ