Çinin neft tələbatı rekord həddə ÇATIR
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analitikləri 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozlarını sutkada 2,44 milyon bareldən 2,46 milyon barelədək artırıblar.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, hazırda ümumi göstərici sutkada 102,11 milyon barel səviyyəsində qiymətləndirilir.
Bununla yanaşı, təşkilat 2024-cü il üçün qlobal neft tələbi ilə bağlı proqnozu dəyişməz saxlayıb. Əvvəllər olduğu kimi, OPEC-də gələn il üçün də bu rəqəm sutkada 104,36 milyon barel (üstəgəl sutkada 2,25 milyon barel) olaraq qiymətləndirilir. Çin təşkilatda böyümənin əsas aparıcısı hesab olunur. Asiya ölkəsində orta illik tələbatın rekord həddə çatacağı və 2022-ci il dəyərini gündəlik 1,2 milyon barel ötəcəyi gözlənilir.
Humay İSGƏNDƏRLİ