Fransa Azərbaycandan xam neft idxalını artırır

 13:22 14.11.2023     328

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Fransaya 199 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 1 faizini təşkil edir.

Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir, komitənin hesablamalarına görə, bu göstərici illik hesablamada 2022-ci ilin analoji dövrü ilə müqayisədə 4 dəfə və ya 152 min ton artıb.

Qeyd olunan dövrdə Azərbaycandan Fransaya ixrac olunan neft və neft məhsullarının dəyəri 118,639 milyon dollar olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 3 dəfə və ya 75,192 milyon dollar çoxdur.

Qeyd edək ki, bütünlükdə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 19,876 milyon ton neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (19,514 milyon ton) ilə müqayisədə 1,86 faiz çoxdur. Dəyər ifadəsində neft ixracı 12,128 milyard dolları ötüb ki, bu da 2022-ci analoji dövrünün göstəricisindən 18,59 faiz və ya 2,769 milyard dollar azdır.(Trend)