"Kreditlər 14%-dən başlayır, sahibkarlar ancaq faizi qaytarmaq üçün işləməli olur" - Deputat

 11:13 15.11.2023     347

Azərbaycan müstəqilliyini yaradandan 300-ə yaxın bank sistemi var idi.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Bəziləri düzgün fəaliyyət göstərmədiyinə görə, xalqa borcu olduğundan sıradan çıxdı. Bu gün 40-a yaxın dövlət bankından başqa özəl banklar fəaliyyət göstərir. Biri hansısa faizlə verirsə, digəri başqa faizlə verərək rəqbət yarada bilər. Vətəndaşlarımıza təkliflər 14%-dən başlayır. Vətəndaş 14% kredit götürüb kiçik sahibkarlıqlara məşğul olanda, ancaq faizi qaytarmaq üçün işləməli olur. Faiz hər kəs üçün əlçatan olmalıdır ki, hər kəs fərdi təsərrüfatını qura bilsin. Bankların xarici banklarla əməkdaşlığı 0 səviyyəsindədir. Pul dəyişmə məntəqələri artırılmalıdır. Kəndlərdə isə qara bazar fəaliyyət göstərir. Avtobuslarda və s. yerlərdə pullar dəyişdirilir. Bank sistemi ölkənin qan-damar sistemidir”,- deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ