Büdcə proqnozu tariflərin artırılması hesabına icra edilməyəcək

 14:57 20.11.2023     284

Büdcə proqnozu tariflərin artırılması hesabına icra edilməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

"Gömrük orqanlarının qarşısında büdcə proqnozu artırılıb. Amma bu artırılma hər hansı bir tarif dərəcəsinin artırılması yolu ilə deyil. Gömrük dəyərinin düzgün müəyyən edilməsi büdcə proqnozunun yerinə yetirilməsinə imkan verəcək. Faiz etibari ilə isə, bu, növbəti ildə məlum olacaq”.

Şahin Bağırov əlavə edib ki, gömrük tarifləri eyni səviyyədədir, bir sıra hallarda hətta azadolmalar var.

"Bilirsiniz ki, növbəti ildə gömrük rüsumlarından bir sıra azadolmalar var. Bir sıra xamallar, o cümlədən işğaldan azad edilmiş ərazilərə gətirilən mallar gömrük rüsumlarından azad edilib" - Komitə sədri əlavə edib.