"Vergilərin azaldılması irəli sürülüb" - Maliyyə naziri

 12:55 21.11.2023     477

"2024-cü ilin büdcə layihəsində deputatların müzakirəsini fəal hesab edirəm".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Büdcə layihəsinə daxil olmayan məsələlər də müzakirə olunur. Bölgələrdə məktəblərin tikilməsi ilə bağlı məsələlər də qaldırılıb, növbəti iclasda həmkarım Emin Əmrullayev ətraflı məlumat verəcək. Prezidentin Fərmanına uyğun olaraq elm sahəsində geniş miqyaslı islahlatlar aparılacaq. Vergilərin azaldılması da irəli sürülüb. Bu məsələlərin təhlilinə geniş vaxt tələb olunur. Azalan gəlirlərin hansı mənbə hesabına bərpa edilməsinə cavab verməliyik”,- deyə nazir bildirib.

Humay İSGƏNDƏRLİ