Mərkəzi Bank Meqa Sığortanı seçdi
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tenderin nəticələrini elan edib.
Azərbaycan Respublikası Mərkəzi Bankının Satınalmalar komissiyasının 16 noyabr 2023-cü il tarixli qərarına əsasən "Meqa Sığorta" ASC tenderin qalibi elan edilmişdir. Qalib sığortaçı ilə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.