Bu sahələrin genişləndirilməsi üçün 500 milyon manat vəsait ayrılacaq

 12:11 05.12.2023     487

"Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

"Enerji, nəqliyyat sektoru və tranzit potensialının artırılması, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı üzrə layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb edilməsi nəzərdə tutulur",- deyə Baş nazir söyləyib.

Humay İSGƏNDƏRLİ