Rusiyada avtomobil istehsalı artırılır
Yaxın üç-dörd il ərzində Rusiya avtomobillərinin istehsal həcmi 1,3 milyon ədəd səviyyəsini keçməlidir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin deyib.
Baş nazir bildirib ki, yerli avtomobillər satışların 70 faizindən çoxunu təşkil etməlidir. Bunun üçün səlahiyyətli orqanlar xarici şirkətlərin getməsindən sonra boşaldılmış sahələrin yenidən işə salınmasını və öz elmi və mühəndislik səriştələrini inkişaf etdirməklə avtomobil komponentlərinin istehsalının lokallaşdırılmasını təmin etməlidirlər”, - o əlavə edib.
Qeyd edək ki, “Moskviç” nümayəndəsinin sözlərinə görə, son bir il ərzində şirkət 13 mindən çox avtomobil satıb. Paytaxt avtomobil zavodunda istehsalın 2022-ci ilin noyabrında bərpa olunmasından indiyədək dilerlərə 16 mindən çox avtomobil təhvil verilib. Eyni zamanda, son bir ayda şirkət 2381 avtomobil satıb.
NƏRGİZ