"Naxçıvan Bank"ı almağı planlaşdırmırıq"

 12:35 08.12.2023     239

"Kapital Bank" ASC "Naxçıvan Bank" ASC-nin istehlak kreditləri portfelinin təxminən 60 milyon manatlıq hissəsini əldə edib.

Redaktor.az xəbər verir, bunu bu gün keçirdiyi mətbuat konfransında "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi kredit təşkilatının regional bankı almaq niyyəti yoxdur: "Naxçıvan Bank"ı almaq strategiyamızda yoxdur. Amma müxtəlif bank və bank olmayan kredit təşkilatlarında hər hansı aktivin əldə edilməsi ilə bağlı danışıq apara bilərik".