Gündəlik xam neft hasilatı 492 min barrel olub

 12:03 14.12.2023     308

2023-cü ilin noyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barrel olub. Bunun 492 min barrelini xam neft, 117 min barrelini kondensat təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir. 

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.