Gömrükdə süni intellektdən istifadə ediləcək

 11:39 15.12.2023     396

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi maşınların yoxlanılmasında süni intellektdən istifadə edəcək.

Redaktor.az xəbər verir ki, tətbiq gələn ilin yanvarın 1-dən başlayacaq.

Bundan başqa gömrük dəyərinin müəyyən edilməsindən vahid metodikanın tətbiq edilməsi, gömrük ödənişlərinin öncədən müəyyən olunması, malın mənşəyinin müəyyən olunması üçün praktiki təlimatın hazırlanması, bəyannamənin qrafalarının məntiqi çarpaz yoxlanılması nəzərdə tutulub.