"Yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması arzuolunan deyil - Deputat

 12:35 18.12.2023     290

"Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklarda kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk 8 ayının yekunlarda evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, "yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür.

"Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər", - deyə deputat qeyd edib.

Turan İSMAYIL