Rusiya ABŞ istiqrazlarına investisiyaları azaldıb

 11:37 20.12.2023     328

Oktyabr ayında Rusiya Amerika dövlət istiqrazlarına investisiyalarını 73 milyon dollardan 31 milyon dollara qədər azaldıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlığından bildirilib.

Yaponiya oktyabrda ABŞ dövlət istiqrazlarının ən böyük sahibi olaraq qalıb (1,09 trilyon dollar). İkinci yerdə Çin (769,6 milyard dollar), üçüncü yerdə isə Britaniya (693 milyard dollar) qərarlaşıb.

NƏRGİZ