Azərbaycanda yumurta bahalaşacaq - Ekspertdən AÇIQLAMA

 15:01 21.12.2023     904

Xəbər verdiyimiz kimi, Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanılıb.

Bildirilib ki, Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

Bəs Rusiyaya idxal olunan yumurta ölkədə daxili bazara necə təsir edəcək? Bayram ərəfəsində yumurtanın bahalaşmasını müşahidə edəcəyikmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, nəzərə almalıyıq ki, Rusiya tərəfi yumurta ixracı ilə bağlı Azərbaycana müraciət edib:

"Bundan sonra Azərbaycan tərəfi bu müraciətə müsbət yanaşmağa çalışıb. Amma bütün hallarda Azərbaycanın yumurta istehsalı öz tələbatını ödəmək gücündə olan azsaylı qida məhsullarından biridir. İxracdan sonra da yerdə daxili tələbatdan artıq da kifayət qədər həcm qalır. Hazırkı vəziyyətdə isə Rusiyaya ixrac, bilavasitə bayramla bağlı hər hansı bir təhdid olmayacaqdır. Amma 2024-cü ildə təbii ki, bu yumurta qiymətlərinə təsirsiz ötüşməyəcək. Yumurta qiymətlərinə öz təsirini göstərəcək".

Humay İSGƏNDƏRLİ