Dənizçilik sahəsində yeni rüsumlar təsdiqləndi
Milli Məclis dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumları III oxunuşda təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanuna yeni maddələr əlavə edilir.
Yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.
Humay İSGƏNDƏRLİ