Mərkəzi Bankın səlahiyyətləri artırıdı

 17:00 22.12.2023     196

Nazirlər Kabineti 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) nizamnaməsində dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, AzTV-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək. İndiyə qədər bu məsələ ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində idi.