Bu aviaşirkət bilet qiymətlərini kəskin endirdi
Rusiyanın “Aeroflot” aviaşirkəti 2024 rubldan başlayan biletlərin, eləcə də 100 rublluq biletlərin satışına başlayıb.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın ən böyük aviadaşıyıcısının rəsmi saytında məlumat verilib.
Belə ki, aksiya çərçivəsində ruslar dekabrın 25 və 26-da aviabilet ala, dekabrın 26-dan 28-dək isə uça bilərlər. Ümumilikdə, 100 rubla 100 bilet satışa çıxarılıb.
Gediş haqqı bütün vergilər nəzərə alınmaqla birtərəfli daşıma üçün göstərilib, təklif birbaşa uçuşlar üçün keçərlidir.
Bundan əvvəl Rusiyanın digər aviaşirkəti “Azimut” “Qış qanadları” kampaniyası çərçivəsində onlarla daxili və beynəlxalq istiqamətlərə 888 rubldan aviabiletlər satışa çıxarıb.
NƏRGİZ