Rusiyada qaz hasilatı artdı
2023-cü ilin noyabr ayının sonunda Rusiyada ümumi qaz hasilatı oktyabr ayı ilə müqayisədə 6,4 faiz artaraq, 60 milyard kubmetr (59,97 milyard) səviyyəsinə çatıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Rusiyada qaz hasilatı ardıcıl dördüncü aydır ki, artır.
Analitiklər belə dinamikanı ötən ilin aşağı baza effekti ilə əlaqələndirirlər. Noyabr ayında əsas artım Qazprom tərəfindən hasilatın artması ilə təmin edilib.
Humay İSGƏNDƏRLİ