"Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb" - Sahil Babayev

 20:28 28.12.2023     246

Son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb.

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.

Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 %-dək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb.

"Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xəttdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəlib", - deyə S. Babayev qeyd edib.