İranla Ermənistan ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı planlaşdırır
Dekabrın 25-də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişi əvəz etmək üçün nəzərdə tutulmuş tam hüquqlu azad ticarət sazişi imzalayıb.
Avrasiya İqtisadi Komissiyasının (AİK) hesablamalarına görə, İranla yeni azad ticarət sazişi Aİİ və İran arasında ticarət dövriyyəsini üç dəfədən çox artıra bilər(2022-ci ildə qeydə alınan hazırkı 6,2 milyard dollardan 18-20 milyard dollara). AET ticarət naziri Andrey Slepnev qeyd edib ki, bu cür artım yaxın 5-7 il ərzində mümkündür.
Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana səfər edən İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan sayta açıqlamasında bildirib ki, bu saziş həm Rusiya ilə İran arasında, həm də İranla Aİİ arasında iqtisadi əməkdaşlığın daha da artmasına səbəb olacaq.
"Eyni zamanada İran Xarici İşlər Nazirliyinin rəhbəri ilə Ermənistan rəhbərliyi arasında mənim iştirak etdiyim son görüşlər zamanı həm cənab Abdullahian, həm də onun erməni həmkarları qısa müddətdə ikitərəfli ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyini bildirdilər. Bu, əlbəttə ki, infrastrukturun, xüsusilə Ermənistanın Meğri və İranın Norduz gömrük məntəqələrinin texnoloji və idarəetmə modernləşdirilməsini tələb edir".
NƏRGİZ