Rusiya nefti kəskin ucuzlaşdı
2023-cü ilin dekabrında Rusiyanın əsas ixrac nefti olan Urals neftinin orta qiyməti noyabr ayı ilə müqayisədə 8 dollar aşağı düşərək 64,23 dollar/barelə düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Brent markalı neftin bir bareli bir ay əvvəlkinə nisbəttə 13,65 dollara yüksəlib. Ötən ilin sonunda Urals neftinin orta qiyməti 62,99 dollar/barel, bu rəqəm 2022-ci ildə 76,09 dollar təşkil edib.
Uralın qiymətinin payızın ən yüksək göstəricilərindən 20 dollar aşağı düşməsi həm neftin qiymətinin ümumi azalması, həm də ABŞ-ın təzyiqinin artması ilə izah olunur. Vaşinqton bir neçə tanker və onların sahiblərinə sanksiya tətbiq edib və bazarın böyük payına sahib olan yunan daşıyıcılarına Rusiyaya kömək etməyin nəticələri barədə xəbərdarlıq edib.
NƏRGİZ