Qırmızı dənizdəki böhran ciddi problemlərə yol açacaq
Yəməndəki Husi üsyançılarının "Ənsar Allah" yaraqlı qruplaşmasının ticarət gəmilərinə raket hücumlarının artması səbəbindən Hindistanın ümumi ixracı 30 milyard dollar dəyərində azala bilər.
Redaktor.az “Business Standard” qəzetinə istinadən xəbər verir ki, inkişaf etməkdə olan Ölkələr üçün Araşdırma və İnformasiya Sisteminin (RISDC) baş direktoru Saçin Çaturvedi Asiya ölkəsi üçün ciddi problemləri proqnozlaşdırıb.
Qırmızı dənizdə geosiyasi gərginliyin artması nəticəsində martın 31-də başa çatacaq 2023-24-cü maliyyə ilində Hindistanın ticarəti 6,7 faiz azala bilər. Ötən maliyyə ilinin sonunda Asiya ölkəsinin ticarət potensialı 451 milyard dollar həcmində qiymətləndirilib. RISDC analitik mərkəzinin ekspertləri Asiya ölkəsində ticarətin azalmasının əsas səbəblərindən birinin konteyner daşımalarında tariflərin artırılmasını göstərirlər.
Çaturvedi bildirib ki, Qırmızı dənizdəki böhran həqiqətən Hindistanın ticarətinə təsir göstərəcək və onun daha da azalmasına səbəb ola bilər.
NƏRGİZ