ABŞ Rusiyadan nüvə yanacağını tədarük etməkdən imtina edir

 15:50 10.01.2024     275

Birləşmiş Ştatlar uran üçün alternativ tədarükçülər axtarmağa başlayıb və Rusiyadan nüvə yanacağının tədarükündən imtina etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Energetika Nazirliyinə istinadən yazır.

Agentlik yeni nəsil reaktorlarında istifadə üçün 20 faizə qədər zənginləşdirilmiş uran yanacağının (HALEU) tədarükü üçün maksimum 10 il müddətinə müqavilələr bağlamaq qərarına gəlib. Bugünkü reaktorlarda istifadə edilən ənənəvi uran yanacağı təxminən 5 faiz zənginləşdirilib. ABŞ Energetika Nazirliyi HALEU-nun satınalmalarına təxminən 500 milyon dollar xərcləməyi planlaşdırır və proqram yaxın illərdə genişləndirilə bilər.

Hazırda belə yanacaq kommersiya həcmində yalnız Rusiyadan gətirilir. Bu cür təchizatla məşğul olan yeganə şirkət Techsnabexportdur (Tenex brendi, Rosatom müəssisəsi).

Bundan əvvəl Techsnabexport şirkəti Rusiyada zənginləşdirilmiş uranın ABŞ-a tədarükünə qadağa qoyulmasının mümkünlüyü ilə bağlı iddia edilən “xəbərdarlıqlar” barədə yayılan məlumatları təkzib etmişdi. Şirkət nümayəndələri müqavilə öhdəliklərini tam və vaxtında yerinə yetirdiklərini və onlarla münasibətlərdə hər hansı spekulyasiyanın tamamilə yolverilməz hesab etdiklərini qeyd ediblər.

NƏRGİZ