Rusiyada yumurta qıtlığı, taxıl bolluğu yaşanır - Qiymətlər ucuzlaşdı
Rusiyada qarabaşaq yarması ucuzlaşmağa başladı - il ərzində bir kiloqram taxılın qiymətində 13 faiz ucuzlaşma qeydə alınıb.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə OFD Platform şirkətinin Check Index resursunun analitikləri bildiriblər.
Qarabaşaq yarmasının orta qiyməti 1 kiloqram üçün 80 rubla qədər düşüb. Qiymətin aşağı düşməsi bazarda rekord həcmdə təklifin olması ilə izah edilir.
Həmçinin makaron və mayonezin qiymətləri də ucuzlaşıb.
Rusiya Quşçular İttifaqının baş direktoru Qalina Bobıleva yumurtanın 110-125 rubl arasında müəyyən edilmiş qiymətlərini tamamilə normal, ədalətli və adekvat hesab edib: "Xaricdən tədarük fonunda bu məhsulun maya dəyərinin azalacağı gözlənilməməlidir. Yumurtanın qiyməti təxminən 95 rubl və yuxarıdır - bu məbləğdən yuxarı olan hər şey pərakəndə satış şəbəkələrinin öz xərcləri və qaçılmaz ticarət qiymətləridir",- ekspert izah edib.
Bundan öncə FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) analitikləri dünyada ərzaq məhsullarının qiymətinin aşağı düşdüyünü açıqlamışdılar. Hesablamalara görə, xurma, soya, günəbaxan yağları ilin sonunda 32,7 faiz ucuzlaşıb. Taxılın maya dəyəri 15,4 faiz, süd məhsulları isə 16,6 faiz ucuzlaşıb.
NƏRGİZ