Xarici dövlət borcumuz nə qədərdir? - Rəsmi AÇIQLAMA

 17:33 22.01.2024     196

2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6480,7 mln. ABŞ dolları (11017,2 mln. manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9%-ni təşkil edib.

Bu barədə Redaktor.az-a Maliyyə Nazirliyindən bildirilib.

2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 mln. ABŞ dolları (361,2 mln. manat) və ya 3,2% azalıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2023-cü il ərzində 148,0 mln. ABŞ dolları (251,6 mln. manat) məbləğində kredit vəsaitindən istifadə edilib.