Rəqabət Komissiyası yaradılacaq

 18:29 23.01.2024     120

Azərbaycanda Rəqabət Komissiyası yaradılacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.

Nazirlər Kabineti 4 ay müddətində Rəqabət Komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.